Accessibility links

Rusiyanın Şimali Qafqaz regionunda bir neçə qanlı hadisə baş verib


Rusiyanın Şimali Qafqaz regionunda bir neçə qanlı hadisə baş verib. Çeçenistan rəsmilərinin bildirdiyinə görə, iki kamikadze hücumu nəticəsində 3 polis zabiti və 3 mülki vətəndaş yaralanıb. Polis Dağıstanın paytaxtı Mahaçkala şəhərində 3 yaraqlının öldürüldüyü bildirir. Dünən polis idarəsini atəşə tutan yaraqlılar polisin cavab atəşi nəticəsində öldürüb.

Mahaçkalada naməlum şəxs tərəfindən bir polis işçisi qətlə yetiirlib. Hücumdan sonra həmin şəxs qaçmağa nail olub.

XS
SM
MD
LG