Əfqanıstanda
prezident seçkilərinin hesablanan hissəsinin nəticələri göstərir ki, prezident
Həmid Karzai səslərin çox hissəsini əldə edib. Yekun nəticələr yaxın günlərdə
açıqlanacaq. Seçki rəsmiləri 20 avqust seçkilərinin 35 faizinin hesablandığını
bildirib. Hazırkı nəticələrə görə, cənab Karzai 46 faiz, onun əsas rəqibi
Abdulla Abdulla isə 31 faiz dəstəyə malikdir.
Cənab Karzai dəstək əldə etmək üçün səhra komandirlərini prosesə cəlb
etməkdə tənqid olunur. 2000-ə yaxın Taliban məhbusun qətliyamında müəyyən qədər
məsuliyyət daşıyan Əbdül Rəşid Dostum keçən həftə prezidentin lehinə kampaniya
aparıb. İki mindən çox şikayət qəbul edən Seçki Şikayətləri Komissiyası isə nəticələrin
ləğv oluna bilcəyini deyib. Komissiya bildirib ki, şikayətlər arasında 450-si
nəticələrin ləğv olunmasına səbəb olacaq qədər ciddidir.