Accessibility links

Türkiyə xarici işlər naziri Bağdaddadır


Bu gün Bağdada rəsmi səfərinə başlayan Türkiyə xarici işlər naziri Əhməd Davutoğlu İraqla Suriya arasında gərginliyi azaltmaq məqsədilə görüşlər keçirir. Davutoğlu İraq baş naziri Nuri Əl-Maliki və prezident Həmid Karzayla görüşməlidir. Türkiyə xarici işlər naziri daha sonra prezident Bəşər Əl-Əsədlə görüşmək üçün Suriya paytaxtı Dəməşqə gedəcək. Qonşu İraq və Suriya arasında gərginlik son həftələr daha da artıb. Bağdad Dəməşqdən avqustun 19-u İraqda hökumət binalarını hədəf alan hücumlarla bağlı axtarışda olan şübhəliləri təhvil verməsini istəyir. Suriya prezidenti Bəşir Əl- Əsəd isə İraqın bu ittihamlarını rədd edir.
XS
SM
MD
LG