Accessibility links

Yaponiya baş nazir Taro Aso partiya liderliyindn istefa verir


Yaponiya baş nazir Taro Aso mətbuat konfransında bildirib ki, dünən keçirilən parlament seçkilərində məğlubiyyətdən sonra ölkənin hakim partiyasının lideri vəzifəsindən istefa verəcəyini bildirib. Yapon lider üzr istəyərək, məğlubiyyətinə görə məsuliyyət daşıdığını bildirib. Bu məğlubiyyət müxalif Yaponiyanın Demokratik Partiyasına son 50 ildə yapon siyasətində dominantlıq edən partiya üzərində böyük qələbə qazanmasına imkan verib. Artıq əminliklə müxalifət lideri Yukio Hatoyamanın növbəti baş nazir olacağını söyləmək olar. O, yeni hökumətin və nazirlər kabininetinin təşkili üçün bu gün danışıqlara başlayıb. “Exit Pol”un nəticələrinə görə, Demokratlar Nümayəndələr Palatasında 480 yerdən 300-ü tutacaqlar.
XS
SM
MD
LG