Accessibility links

Beslan məktəbindəki faciənin 5-ci ildönümüdür


Cənubi Osetiyanın Beslan şəhərindəki məktəbə edilən terror hücumu zamanı sağ qalanlar və qətlə yetirilənlərin ailə üzvləri hadisənin 5-ci ildönümünü qeyd etmişlər. Əllərində ölənlərin şəkilləri olan mərasim iştirakçıları hadisə zamanı həlak olan 334 nəfərin xatirəsini anmaq məqsədi ilə məktəbin dağıntıları üzərinə gül dəstələri və yanan şamlar qoymuşlar.

Xatırladaq ki, 2004-cü ilin sentyabr ayında 32 yaraqlı tərəfindən 1000 nəfərdən çox insanın bir qismiBeslan şəhərinin 1 nömrəli məktəbində 3 gün girov saxlandıqdan sonra Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən azad edilmişdi. Qarşıdurmanın sonluğu külli miqdarda günahsız insanın itkisi ilə müşayiət olunmuşdu.

XS
SM
MD
LG