Accessibility links

Kolumbiya prezidenti üçüncü müddətə prezident seçilmək istəyir


Kolumbiya qanunvericiləri ölkə prezidenti Alvaro Uribenin 3-cü müddətə dövlət başçılığı uğrunda mübarizə aparmağa imkan yaradacaq Konstitusiya dəyişikliyinin referenduma çıxarılmasını təsdiq edib. Qərar dünən uzun müzakirələrdən sonra 85 lehinə 5 əleyhinə səslə Kolumbiyanın Aşağı palatasında qəbul olunub. Senat bu ölçünü hələ may ayında qəbul etmişdi. Hazırda Konstitusiya Məhkəməsi qarşısına çıxarılan təklif barədə qərar 3 ay ərzində verilməlidir. Səsverməyə qoyulması üçün məhkəmənin referendumu təsdiq etməsi lazımdır. Məhkəmə 2006-cı ildə Uribenin 2-ci müddətə prezident seçilməsinə yol açan referendum keçirilməsinə icazə vermişdi. Prezident Uribe isə nə referendum barədə, nə də gələn il seçkilərə qatılması barədə bir söz deməyib.
XS
SM
MD
LG