Accessibility links

Maykl Cəkson dəfn olundu


Pop ulduzu Maykl Cəkson Los Ancelesdə açıq havada keçirilən dəfn mərasiminin ardınca torpağa tapşırılıb.Cəksonun 200-dən çox ailə üzvü, o cümlədən Makoli Kalkin və Elizabet Teylor Forest Lawn Memorial Parkda keçirilən mərasimə qatılıblar. Cəksonun 3 övladı və valideynləri Katerin və Cosef 30 maşından ibarət karvanda mərasimə bir saat gec gəliblər. Cəksonun qızıl suya çəkilmiş tabutu qəbiristanlğın Böyük Mavzoley adlanan özəl hissəsində Hollivud ulduzları Cin Harlou, Klark Geybl və Karol Lombardla yanaşı dəfn olunub.
XS
SM
MD
LG