Accessibility links

ABŞ və Cənubi Koreyanın xüsusi nümayəndələri Şimali Koreyanı danışıqlara qaytarmaq yollarını müzakirə edib


Birləşmiş Ştatlar və Cənubi Koreyanın xüsusi nümayəndələri Şimali Koreyanı tərksilaha dair danışıqlara yenidən gətirmək yollarını müzakirə etmək üçün bu gün Seulda görüş keçiriblər. Bu, Şimalın uran zənginləşdirilməsini prosesini müvəffəqiyyətlə başa çatdırdığını elan etməsindən bir gün sonra baş verir.

ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Bisvort Cənubi Koreyanın danışıqlarda baş nümayəndəsi Vi Vunq-lankla danışıqların detalları barədə bir söz deməyib. Lakin Cənubi Koreyanın dövlət xəbər agentliyi Yonhap rəsmi bir nümayəndəyə istinadən xəbər verib ki, nüvə məsələləri üzrə xüsusi nümayəndələr son zamanlar Şimali Koreyadan gələn nüvə təhlükələrinə birgə cavab verilməsi yollarını və barışığa yönəlmiş fəaliyyətləri müzakirə ediblər.


XS
SM
MD
LG