Accessibility links

Kiprin yunan və türk liderləri gələn həftə danışıqları davam etdirəcək


Kiprin yunan və türk icmalarının liderləri gələn həftə BMT-nin sponsrluğu ilə sülh danışıqlarını bərpa edəcəklər. Danışıqlar Kipr türklərinin polisilə yunan zəvvarlar arasında sərhəddə mübahisə baş verdikdən sonra təxirə salınmışdı. Əgər danışıqlar uğurlu olsa, 35 ildən bəri adanın iki hissəyə ayrılmasına rəsmən son qoyula bilər.

Yunan icmasının prezidenti Demetris Xristofias Kiprin türk icmasının lideri Mehmet Əl Tələtlə sentyabrın 10-da görüşməlidir. Kiprin yunan liderləri danışıqları keçən cümə axşamı türk icmasının rəsmiləri yunan zəvvarların avtobus karvanını təhlükəsizlik səbəblərilə əlaqədar iki icmanı ayıran sərhəddə uzun-uzadı yoxladığına görə təxirə salmışdı. Yunanlar Morfu ərazisində yerləşən kilsədə dini ibadətə gedirdilər.

Danışıqların təxirə salınması qərarını isə prezident Xristofiasın komissarı George Yakovu verib. O deyib ki, insidet ümumi atmosferə təsir göstərdiyi üçün vəziyyətin düzəlməsi üçün vaxt lazım idi.

BMT-nin Kiipr üzrə xüsusi elçisi, Avstraliyanın sabiq xarici işlər naziri Aleksander Douner deyib ki,son günlər baş verən hadisə təəssüf hissi doğurub.

Kiprin yunan və türk icmalarının liderləri dekabr ayında Avropa İttifaqının zirvə toplantısından öncə inkişafa nail olmaq üçün təzyiq altındadır. Belə ki, Türkiyə dəniz və hava limanlarını Kiprdən gələn nəqliyyat üçün açmaqdan imtina etdiyinə görə sanksiyalara məruz qala bilər.

Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsi Kiprdə sülhün əldə edilməsindən asılıdır.

Kiprin şimalında türklər, cənubunda isə yunanlar keçən ilin sonundan bəri BMT-nin başçılığı ilə aparılan danışıqlara qatılıblar.

XS
SM
MD
LG