İranın Qırmızı Aypara Cəmiyəti
xəbər verir ki, İran- İraq müharibəsi
vaxdında yerləşdirilmiş minalar, 21 000
Qərbi azərbaycanlını təhlükə
qarşısında qoyur. İran-İraq
savaşının başa çatmasından 21 keçsə də hələ
də həmin minalara görə ildə 1100 dən çox
İranlı həyatını itirir.
Təhlükə o qədər ciddidir ki, Qərbi Azərbaycanın Qırmızı Aypara Cəmiyyəti elan etdi, ki təkcə bu il 21329 Azərbaycanlıya, minalardan nəcə qorunmaq barədə məlumat verilib. İranın keçmiş müdafiyə naziri Mustafa Məhəmməd Nəccar demişdi ki, 2008-inci ilin sonuna qədər, Qərbi Azəbaycan və İranın bir neçə ayrı vilayətindən minalar toplanacaq.
İranın Mina Toplama İdarəsinin rəsmi vebsaytı yazır ki, ölkənin 4 milyon 200 min həktar ərazisində, təxminən 16 milyon mina və digər partlayıcı maddələr mövcutdur. Həmin İdarə bildirir ki, ölkədə orta hesabla hər gün 3 adam mina patlayışı nəticəsində canını eldən verir ya şikəst qalır.
İranda minaları toplamaq üçün 92 qrup təşkil edilib. Adi vətəndaşlardan başqa, mina toplayanqruplardan da, indiyə qədər yüzlərlə nəfər ya ölüb ya şikəst olub. Amma hələdə son rəsmi rəqəmlər yoxdur. Ən son rəqəmlər 4 il bundan əvvələ qayıdır ki, həmin rəqəmlərə görə 800-dən çox mina toplayanın ölüm xəbəri təsdiq edilib.2003-cü ilin Nobel sülh mükafatına layiq görülmüş Şirin İbadi bu barədə deyir ki, minaların qurbanlarının sayına görə heç dövlətdə də məlumat yoxdur. İbadi əlavə edir ki, təxminlər göstərir ki, indiyə qədər minalara görə 8000 adam canını eldən veribdir.
Bəzi mənbələrə görə bu minaların hamısı İran-İraq savaşından qalmamışdır və ehtimal ki, onların bir hissəsini qaçaqmalçılarla mübarizədə İran dövləti yerləşdirib və indi də buna davam edir.
İran dövləti hələ İndiyə dək dünya səviyyəsində minalarla mübarizə aparan dövlətlərin müqaviləsinə qoşulmayıb. 'Ottava müqaviləsi' adlanan bu müqviləni 158 ölkə imzalayıb.