Qazaxıstan rəsmilərinin bildirdiyinə görə, içərisində 13 nəfər olansərhəd patrol Mi-8 vertolyotu bu gün Özbəkistanla sərhəd yaxınlığındakı Uqam dərəsində qəzaya uğrayıb. Qəza nəticəsində vertolyotda olan 13 nəfərdən 10-nun həlak olduğu bildirilir. Rəsmilər onların Qazaxıstanın təhlükəsizlik işçiləri olduğunu deyirlər. Sağ qalan üç nəfərə tibbi yardım göstərilib. Təhlükəsizlik rəsmiləri qəzadan dərhal sonra hərbi qüvvələrin sərhəd bölgəsinə yollandıqlarını bildirmişlər. Hərbçilər 6 nəfər silahlı şəxsin Kazax-Özbək sərhədini qeyri-qanuni keçməyə cəhd göstərdikləri ilə bağlı məlumat əldə etdiklərini deyirlər.