Rusiya
prezidenti Dmitri Medvedev deyir ki, yeni göstəricilərə əsasən Rusiyada
iqtisadi geriləmə dayanıb. Cənab Medvedev
bildirib ki, bu ilin ikinci rübündə birinci rüblə müqayisədə iqtisadiyyat 7.5
faiz artıb. O, Rusiyanın sənaye
istehsalında, karqo sənayesində və nəqliyyat sektorunda müsbət tendensiyaları
önə çəkib. Prezident Medvedev ümid
etdiyini deyir ki, bu göstəricilər Rusiya iqtisadiyyatında dirçəlmənin
işarələridir. Eyni zamanda o, ictimai
layihələr kimi iqtisadi stimul planının davam etdiriləcəyini vurğulayıb. Son göstəricilərin əsasında Rusiyanın
iqtisadiyyat naziri Elvira Nabiullina nazirliyin gələn il üçün iqtisadi artım
barədə proqnozlar verir. Nazirlik gələn
il iqtisadi artımən 1.6 faiz olacağını proqnozlaşdırır. Qlobal maliyyə böhranın Rusiyanın iki ən iri
sektoru olan neft və qaza təlabatın zəifləməsi ilə ölkə iqtisadiyyatına dərin
təsir göstərib.