Accessibility links

Cənubi Koreya çay daşqınının Şimal tərəfindən qəsdən törədildiyindən şübhələnir


Cənubi Koreya rəsmiləri 6 nəfərin ölümü ilə nəticələnən sərhəd bölgəsində çay daşqınının Şimali Koreya tərəfindən qəsdən törədildiyindən şübhələndiklərini deyirlər. Bu həftənin əvvəllərində Cənubi Koreyanın Müdafiə Nazirliyi çayın suyunun buraxılmasının hücum mahiyyəti daşımadığını bildirmişdi.

Yunifikasiya naziri Hyun İn Taek İmjin şayının suyunun qəsdən buraxıldığından şübhələndiyini desə də, təfərrüata varmayıb. Cənubi Koreya rəsmiləri həlak olan 6 nəfərdən 3-nün cəsədinin artıq aşkar edildiyini bildirir. Digər üç nəfərin cəsədi həftənin əvvəllərində aşkar edilmişdi.

XS
SM
MD
LG