Accessibility links

Venesuela Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyır


Venesuela prezidenti Uqo Çavez deyir ki, o, Gürcüstanın separatçı regionları olan Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlətlər kimi tanıyacaq. Cənab Çavez tezliklə Venesuelanın separatçı respublikalarla diplomatik münasibətlər quracağını deyir. Bu açıqlama onun Moskvada Dmitri Medvedevlə görüşü zamanı verilib. Rusiya və Nikaraquanın ardınca Venesuela Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımış üçüncü dövlət olacaq. Dünyanın əksər dövlətləri bu regionları Gürcüstanln tərkib hissəsi hesab edir. Medvedev cənab Çavezə verdiyi qərara görə təşəkkür edib.
XS
SM
MD
LG