Accessibility links

Təhlil: Türkiyənin Avropa Birliyinə üzvlük perspektivləri


Türkiyənin Avropa icmasına qoşulmağı xahiş etməsindən 50 il ötür. Hərçənd ki, Türkiyə liderləri Avropa Birliyinə daxil olmaqda qətidirlər, bu həftə müstəqil qrup tərəfindən dərc olunmuş hesabatda bəzi Avropa liderlərinin Türkiyənin üzvlük planlarına əngəl törətmək istədiyi qeyd olunur.

Türkiyə üzrə Müstəqil Komissiyanın dərc etidiy hesabat sabiq Avropa siyasətçiləri və finlandiyalı Nobel sülh mükafatı laureatı Marti Ahtisaari tərəfindən hazırlanıb. Panel Avropa Bilriiyni Türkiyə qarşsında götürdüyü öhdəliklər xilaf çıxmqda və bəzi üzv dövlətləri, ələlxüsus Fransa, Almaniya və Avstriyanı Türkiyənin potensial üzvlüyü əvəzində başqa cür ikitərəfli anlaşmalara can atmaqda günahlandırır. Avropa hökumətləri Türkiyənin birliyə daxil olmaq üçün tamamladığı 35 siyasi danışıqlar mövzusundan 12-ni dondurublar. Cənab Ahtisaari Avropa Birliyinə olan etimadın sual altına gəldiyini bəyan edib:

“1999-cu ildə biz Türkiyənin namizədlyini qəbul edəndə ona qarşı başqa dövlətlər tətbiq etdiyimiz kireteriyalarla ölçüləcəyini vəd etmişdik. Beləliklə, söhbət burda bizim etibarlılığımızdan gedir,” deyə Avropa yetkilisi bildirib.

Hesabatda deyilir ki, bu növ əməllər Türkiyədə qəzəb dalğasına və Avropanın bu ölkəyə ikili standartlarla yanaşdığ haqda təsəvvürlərə yol açıb.

İstanbul küçələrində artan sinisizmin nümunələrini görmək çətin deyil. Bir qadın Avropanın Türkiyəyə qarşı ögey münasibətini türklərin mədəniyyəti, din və həyat tərzləri ilə izah edir. Lakin onun fikrincə Türkiyəyə güclü dövlət olmaq üçün Avropa Birliyinə daxil olmaq gərək deyil.

Bilgi Unviersitetindən Haluk Şahin bu baxışların Türkiyədə geniş yayıldığını deyir: “Avropaya gəldikdə bir çox türklər inanır ki, onlara qarşı ayrıseçklik var. Onlarla başqa namizədlərdən fərqli rəftar olunur.”

Türkiyə üzrə müstəqil Komissiyası xəbərdarlıq edir ki, Türkiyənin üzvlüyünə Avropa Bilriyinə artan müavimət dağıdıcı siklə yol açaraq Türkiyədə də Avropa Birliyinə daxil olmaq üçün tələb olunan islahatları ləngidib. Avropanın parlament Komissiyasının üzvü Riçard Hovitt deyir ki, Türkiyənin möhləti qurtarmaq üzrədir. O, Türkiyənin dostu olaraq bu ölkəni təcili islahatlar aparmağa çağırır. Belə ki, Avropada bir çoxları Türkiyənin bu quruma üzv olmasını istəmirlər.

Analistlərin sözlərinə görə Ankara ümid edir ki, son hesabat Avropa liderlərinin Türkiyəyə dəstəyini səfərbər etməkdə yardımçı olacaq. Lakin Türkiyənin özündə bunun baş verəcəyinə cüzi sayda adam inanır

XS
SM
MD
LG