Accessibility links

Sincanda 9 nəfər iynə hücumlarına görə həbs olunub


Çin rəsmiləri Sincan vilayətində deyilənlərə görə son həftələrdə vüsət alan iynə hücumlarında şübhəli bilinən 9 şübhəlini saxladıqlarını xəbər verirlər. Rəsmi Gündəlik Çin qəzeti bildirir ki, 6 nəfərə Hotan, 2 nəfərə Altay, 1 nəfər isə Kaşqarda həbs olunub. Ötən həftədən bəri Sincan paytaxtı Urumçidə 500-dən ox adam iynə hücumuna məruz qaldığını bildirib, hərçənd ki, yalnız 100-ə yaxın adam iynələnmənin işarəsini göstərə bilib. Bu ayın əvvələində qəribə iynə hücumlarına etiraz əlaməti olaraq minlərlə Han çinlisi nümayiş keçirmişdi. Rəsmilər və dövlət mediası Urumçidəki hücumlarda vilayətdə etnik vəhdəti pozmağa çalışdıqları ittiham olunan separatçıları qınayır.
XS
SM
MD
LG