İslamçıların veb səhifəsində Əl-Qaidə lideri Üsəma Bin Ladenə aid olduğu deyilən yeni audio mesaj yerləşdirilib.Burada ABŞ prezidenti Barak Obamanın Birləşmiş Ştatların başçılığı ilə Əfqanıstanda apardığı müharibədə gücsüz olduğu deyilir.Bin Ladenin sözlərinə görə, Əfqanıstanda müharibə Israil tərəfdarı lobbi və Birləşmiş Ştatlarda korporativ maraqlar tərəfindən aparılır.
Terrorçuların monitorinqini aparan qruplara əsasən, 11 dəqiqəlik “Amerika xalqına bəyanat” adlı audio yazı Əl-Qaidənin Əs-Səhab mediası tərəfindən istehsal edilib.Mesajda deyilir ki, prezident Obama Ağ Evə təzyiq göstərən qruplar tərəfindən işğal edilidiyi üçün gücə malik deyil.Burada habelə qeyd edilir ki, ABŞ-ın Müdafiə naziri Robert Geyts və əvvəlki administrasiya olan rəsmilərin vəzifədə qalması prezidentin gücsüzlüyünü göstərir.
Kəşfiyyat məsələləri üzrə ekspertlərin bildirdiyinə görə, Bin Laden hər il adətən
sentaybr, ya da oktyabr aylarında mesajla çıxıç edir.Bu dəfə mesaj Birləşmiş Ştatlarda 2001
sentyabrın 11-də terror hücumlarının 8-ci ildönümündən bir neçə gün sonra
açıqlanıb.