Accessibility links

İran və dünyanın 6 qüdrətli dövləti ilə danışıqlar Türkiyədə keçiriləcək


Avropa İttifaqının xarici əlaqələr şöbəsinin rəhbəri Haviyer Solana gələn ay İran və dünyanın 6 qüdrətli dövləti ilə danışıqların Türkiyədə keçiriləcəyi və müzakirlər mövzusunun qlobal təhlükəsizlik və iqtisadi məsələlər olacağını bəyan edib. Solana danışıqlarda nailiyyət əldə ediləcəyinə ümid bəslədiyini bildirib. Belə ki, oktyabrın 1-də təşkil ediləcək görüşdə ABŞ ilk dəfə rəsmən iştirak edəcək.

Haviyer Solana deyib ki, Qərb İrana uran zənginləşdirilməsi proqramının dayandırılması üçün həvəsləndirici təkliflər irəli sürəcək.Türkiyə danışıqlarında Vaşinqtonu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Börns təmsil edəcək.

Bu, İranın dünya qüdrətləri ilə son bir ildə ilk danışqıları olacaq. 2008-ci ilin iyul ayında Cenevrədə keçirilən müzakirələrdə Uilyam Börns müşahidəçi kimi iştirak etmişdi.

XS
SM
MD
LG