Accessibility links

Əfqanıstanda seçki məntəqələrinin 10 faizində səslər yenidən hesablanacaq


Əfqanıstanın Seçki Şikayətlərinə Dair Komissiyasının bildirdiyinə görə, ötən ay keçirilən prezident seçkilərində saxtakarlqılara yol verildiyinə görə səsvermə məntəqələrinin 10 faizində səslər yenidən hesablanacaq. Komissiyanın sədri Qrant Kippen deyib ki, hesablamalar 2500 seçki məntəqəsində keçiriləcək.

BMT-nin dəstəklədiyi Seçki Şikayətlərinə Dair Komissiya keçən həftə səsvermə fəallığı 100 faiz olan və namizədlərin səslərin 95 faizini əldə etdiyi məntəqələrdə səslərin yenidən hesablanmasına göstəriş vermişdi. 83 məntəqədə saxtakarlığa dair əyani süburlara görə minlərlə səs artıq ləğv edilib. İndiyədək hesablanan səsvermə nəticələrinə görə prezident Həmid Karzay 50 faizdən artıq səs əldə edib. Onun əsas rəqibi, sabiq xarici işlər naziri Abdulla Abdulla isə 28 faiz səs toplayıb.

XS
SM
MD
LG