Accessibility links

Nyu York şəhər polis departamenti terror şübhəlisi ilə əlaqədar reydlər keçirib


Nyu York şəhər polis departamentinin sözçüsü bildirib ki, terrorla mübarizə qrupu bu gün səhər şəhərin Kuinz hissəsindəki bir neçə evdə reydlər keçirib. Pol Broni detallara toxunmayıb, lakin deyib ki, reydlər şəhər polisi və federal agentlər arasında əməkdaşlıq nəticəsində həyata keçirilib.

Federal Təhqiqat Bürosu bu gün ABŞ qanunvericilərinə reydlərlə bağlı məlumat verib. Nyu Yorku təmsil edən nümayəndə Piter Kinq bildirib ki, onda olan məlumata görə Federal Təhqiqat Bürosu təcili olaraq reydlərin keçirilməsi üçün bazar günü order alıb. Bu, Əl-Qaidə ilə əlaqalərinə görə izlənən bir şəxsin Nyu Yorkda bir neçə adamla görüşməsindən sonra baş verib.

Nyu York senatoru Çarlz Şumerin sözlərinə görə ona bildirib ki, qarşısı alınmaz təhlükə olmayıb və reydlər preventiv xarakter daşıyıb. O həmçinin qeyd edib ki, bunun prezident Obamanın bazar ertəsi Nyu Yorka səfəri ilə heş bir əlaqəsi yoxdur. Heç kəsin həbs edilmədiyi bildirilir. Nə Federal Təhqiqat Bürosu, nə də Nyu York şəhər polis departamenti Əl-Qaidə ilə əlaqəsi olan şəxsin harada olduğu haqda məlumat verməyib.

Ağ Evin mətbuat katibi prezident Obamaya təhqiqatla bağlı məlumat verildiyini bildirib.


XS
SM
MD
LG