Çin bildirir ki, Birləşmiş Ştatlarla münasibətləri pozmamaq üçün ticarət mübahisəsi aparmaq istəmir.
Çinin maliyyə nazirliyinin sözçüsü Yao Jian deyib ki, Çin fikir ayrılıqlarını Dünya Ticarət Təşkilatında danışıqlar vasitəsilə həll etməyə çalışacaq. Məsələ bu yolla həll edilməsə, Çin Dünya Ticarət Təşkilatının heyətinin təhqiqat aparıb qərar verməsini istəyəcək.
Vaşinqton keçən həftə gələn üç il ərzində Çindən ixrac edilən maşın təkərlərinə 25 faizlə 30 faiz arasında tarif qoyulması haqda qərar verib. Qərarın verilməsi üçün əsas ABŞ-ın həmkarlar ittifaqlarının Çindən ixracatın ölkədə iş yerlərinə təsir göstərməsilə ilə bağlı şikayətləri olub.
Çinin Maliyyə nazirliyinin sözçüsü deyib ki, tariflər ABŞ-da deyil, Çində daha çox iş yerlərinə təsir göstərəcək. Nazirliyin nümayəndəsi habelə bildirib ki, ABŞ qlobal maliyyə böhranının mənbəyidir və bu kimi qərarları ehtiyatla verməlidir.