Accessibility links

ATƏT Türkiyə hökumətinin media şirkətinə böyük məbləğdə cərimə tətbiq etməsindən narahatdır


Avropada Təhlükəsizlik və və Əməkdaşlıq təşkilatı ATƏT Türkiyə hökuməti ölkənin ən böyük media şirkətinə cərimə verdiyinə görə olduqca böyük narahatlıq keçirdiyini bildirib.

Türkiyənin maliyyə nazirliyi Doğan Yayın qrupuna 2.5 milyard dollar məbləğində vergi cəriməsi tətbiq edib. Bu nəhəng məbləğdə cərimə şirkətin demək olar ki bütün dəyərinə bərabərdir. Bundan öncə isə ilin əvvəlində fevral ayında şirkət 500 milyon dollar məbləğində cərimə ilə qarşılaşmışdı.

ATƏT-in media azadlıqları məsələsi üzrə nümayəndəsi Mikloş Haraşti deyib ki, bu cərimələr indiyədək presedenti olmayan, həyəcan doğuracaq bir səviyyədədir. O əlavə edib ki, bu, ölkədə plüralizm üçün təhlükə törədir.


XS
SM
MD
LG