Accessibility links

Həmid Karzay: Prezident seçkiləri zamanı yol verilən pozuntulara dair məlumatlar şişirdillib


Əfqanıstan prezidenti Həmid Karzay avqust ayı prezident seçkiləri zamanı yol verilən pozuntulara dair məlumatların mətbuat tərəfindən şişirdildiyini deyib. Müxbirlərlə söhbəti zamanı əfqan dövlət başçısı bildirib ki, saxtalaşdırma varsa, ədalətli təhqiqiat aparılmalıdır. Həmid Karzay əmin olduğunu bildirib ki, saxtakarlıqlar barədə məlumat olduğundan daha artıqdır.

Əfqanıstanın Seçki Şikayətlərinə Dair Komissiyasının bildirdiyinə görə, ötən ay keçirilən prezident seçkilərində saxtakarlqılara yol verilməsi ilə səsvermə məntəqələrinin 10 faizində səslər yenidən hesablanacaq. BMT-nin dəstəklədiyi Seçki Şikayətlərinə Dair Komissiya hər üç səsdən birinin şübhə doğurduğunu bildirib. 83 məntəqədə saxtakarlığa dair əyani süburlara görə minlərlə səs artıq ləğv edilib.

İndiyədək hesablanan səsvermə nəticələrinə görə prezident Həmid Karzay 54 faiz səs əldə edib. Onun əsas rəqibi, sabiq xarici işlər naziri Abdulla Abdulla isə 28 faiz səs toplayıb.

XS
SM
MD
LG