Accessibility links

ABŞ-ın vitse-prezidenti  Iraqda yaraqlıların mülki vətəndaşları hədəf almasını ölkədə sabitlsizlik yaratmaq cəhdi kimi qiymətləndirib


ABŞ-ın vitse-prezidenti Co Bayden Iraqda yaraqlıların mülki vətəndaşları hədəf almasını ölkədə sabitlsizlik yaratmaq cəhdi kimi qiymətləndirib. Bağdadda təşkil edilıən mətbuat konfransında İraqın baş naziri Nuri Əl-Maliki deyib ki, cənab Bayden onu Vaşiqntonun təhlükəsizlik sazişinin şərtlərinə əməl edəcəyində əmin edib. Saziş 2011-ci ilin sonunadək ABŞ qüvvələrinin İraqdan çıxarılmasını nəzərdə turur.

Baş nazir zorakılıqların bu möhlətə təsiri olmayacağını bildirib. Nuri Əl-Maliki Co Baydenlə müzakirələrini pozitiv adlandırıb. O deyib ki, indi tərəflər İraq istisadiyyatının canlandırılması və terrorizmlə mübarizə məsələlərini diqqət mərkəzinə çəkib. Liderlərin Bağdad görüşü hücumlarla müşayiət edilib. ABŞ-ın vitse-prezidentinin gəlişindən bir qədər sonra Bağdadda minomyot hücumu nəticəsində iki adam həlak olub. ABŞ-ın İraqdakı hərbi qüvvələri bildirib ki, İraq və Amerika əsgələri Bağdadın hökumət binalarının yerləşdiyi Yaşıl zonasında hücum həyata keçirməkdə şübhəli bilinən üç yaraqlını saxlayıb. Yaşıl zonanın özündə keç kimin xəsarət almadığı və dağıntıların olmadığı bildirilir.

XS
SM
MD
LG