Accessibility links

Rusiya ABŞ prezidentinin müdafiə sistemləri planının ləğvi barədə qərarını alqışlayıb


Rusiyanın baş naziri Vladimir Putin Birləşmiş Ştatlar prezidenti Barak Obamanın Polşadavə Çex Respublikasında müdafiə sistemləri yerləşdirilməsi planından əl çəkilməsi barədəki qərarının düzgün və cəsur qərar olduğunu deyib. Bu gün televiziya ilə etdiyi çıxışında cənab Putin bu kimi digər məsələlərin də həllini tapacağına ümid etdiyini deyib.

ABŞ prezidenti Barak Obama dünən açıqladığı bəyanatında BirləşmişŞtatlar və NATO alyansınınmüdafiəsi üçün yeni yanaşmaya çağıraraq, Mərkəzi Avropada yerləşdirilməsi nəzərdə tutulan müsadiə sistemlərinin ləğv edilməli olduğunu deyib.

XS
SM
MD
LG