Accessibility links

Almaniyada seçki öncəsi sorğular mərkəz sağçıların irəlidə olduğunu göstərir


Almaniyada seçki öncəsi rəy sorğuları göstərir ki, kansler Angela Merkel gələn həftə keçiriləcək seçkilərdən sonra Azad Demokrat partiyası ilə yeni hökumət təşkil edə bilər. Bu gün açıqlanan bir neçə sorğunun nəticələrinə əsasən xanım Merkelin mühafizəkar Xristian Demokrat partiyası liderliyi özündə saxlayaraq 35 faiz respondent tərəfindən dəstəklənib. Azad demokratlar isə 13-14 faizlik dəstəyə malikdir. Onların solçu rəqiblərini dəstəkləyənlərin sayı 3 faiz artsa da, bu iki mərkəz sağçı partiyanın topladığı səs faizləri digər 3 partiyanın birgə dəstəyindən üstündür. Bu, sentyabrın 27-si keçiriləcək seçkilərdən öncə təşkil olunmuş son sorğu idi.
XS
SM
MD
LG