Accessibility links

Mahmud Əhmədinejad:`Dünyanın heç bir dövləti onun ölkəsinə hücum etməyə cürət edə bilməz`


İran prezidenti Mahmud Əhmədinejad BMT-nin Baş Assambleyasında iştirak etmək üçün Nyu Yorkda yola düşməzdən əvvəl deyib ki, dünyanın heç bir dövləti onun ölkəsinə hücum etməyə cürət edə bilməz. İran prezidenti Mahmud Əhmədinejad ölkə ordusunun hər bir hücum cəhdinin qarşısını ala biləcəyini və İrana qarşı uzadılan hər bir əlin kəsiləcəyini deyib. Cənab Əhmədineyad bunları İranın hazırladığı müasir raket və təyyarələrini nümayiş etdirdiyi paraddan əvvəl etdiyi çıxışı zamanı deyib. Dövlət mediası isə nümayiş zamanı bir təyyarənin qəzaya uğradığını xəbər verib. 1980-ci illədəki İran-İraq müharibəsinin ildönümünü qeyd edən İran prezidenti o zaman Qərb dövlətlərinin İraqı kimyəvi silahlarla təchiz etdiyini söyləyib. Mahmud Əhmədinejad xarici qüvvələrin region tərk etməli olduğunu bir daha təkrar edib.


Vaşınqton isə İranla sərhəddə yerləşən ölkələrdə - İraqda hərbi qüvvələrinin sayını azaltmaq, Əfqanıstanda qüvvələrin sayını isə artırmaq niyyətindədir. Cənab Əhmədinejad gələn həftə İranın nüvə proqramı ilə bağlı keçiriləcək müzakirələr zamanı BMT həmkarları ilə bərabər Qərb əleyinə diplomatik kampaniya keçirməyi planlaşdırır.


XS
SM
MD
LG