Accessibility links

Hondurasda qadağan saatının müddəti uzadılıb


Hondurasda qadağan saatının müddəti uzadılıb.

Hakimiyyətdən salınan prezident Manuel Zelayanın sığınacaq tapdığı Braziliyinın o ölkədəki səfirliyi əsgərlər tərəfindən mühasirədə saxlanılır. Səfirliyin suyu, elektrik enerjisi və telefon xətləri kəsilib. Zelaya, onun 70 nəfər ailə üzvü və dostları, habelə diplomatik heyət təcriddə saxlanılır.

Hondurasın müvəqqəti prezidenti Roberto Miçeletti Routers xəbər agentliyinə bildirib ki, Braziliya Manuel Zelayaya ya siyasi sığınacaq, ya da həbs edilməsi üçün Hondurasa təhvil verməlidir.

Paytaxtın hava limanı və əsas yolları bağlanıb.

Beləliklə Zelayanın tərəfdarlarının şəhərdə toplaşmasının qarşısı alınır. Polis etirazçılara qarşı gözyaşardıcı qazadan istifadə edib.

ABŞ və Braziliya ölkədə sakitliyə çağıraraq, qarşıdurmalara yol verilməməsi üçün ölçülər götürülməsinə çağırır.


XS
SM
MD
LG