Iranın Atom Enerjisi Agentliyinin
rəhbəri Əli Əkbər Salehi uran zənginləşdirilməsi üçün yeni sentrifuqaların inşa
edildiyini bildirib. Onun dediyinə görə, hazırda alimlər yeni modellər üzərində
testlər keçirir. Salehi yeni sentrifuqaların nə zaman işə salınacağı barədə
məlumat verməyib. Iranın Atom Enerjisi Agentliyinin rəhbərinin açıqlaması Tehranın
dünyanın 6 aparıcı qüdrəti ilə danışıqlara hazırlaşdığı vaxt verilib.
Avropa İttifaqının xarici əlaqələr şöbəsinin rəhbəri Haviyer Solana İranla oktyabr ayının 1-də keçiriləcək Cenevrə danışıqlarında bu ölkələrin mövqeyində möhkəm dayanacağına inandığını deyib. BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü ABŞ, Britaniya, Fransa, Rusiya, Çin və Almaniya bundan əvvəl bildirmişdi ki, İran uran zənginləşdirilməsi proqramını dayandırmasa, yeni sanksiyalarla üzləşə bilər.