Accessibility links

Pakistanda Amerikanın hava hücumları nəticəsində 5 Taliban döyüşçüsü öldürülüb


Pakistanın kəşfiyyat rəsmiləri Amerikanın hava hücumları nəticəsində 5 Taliban döyüşçüsünün öldürüldüyünü bildirir. Rəsmilər pilotsuz təyyarədən atılan iki raketin Taliban komandiri İrfan Mehsudun Cənubi Vəziristanın Əfqanıstanla sərhəd bölgəsindəki evinə düşdüyünü deyirlər.

Hücum zamanı 6 yaraqlının yaralandığı və evin tamamilə sıradan çıxdığı bildirilir. Öldürülüən döyüçülərdən ikisi özbəkdir. Cənubi Vəziristanın Vana bölgəsi ötən ay Amerikanın raket hücumu nəticəsində öldürülüən Pakistan Talibanının lideri Beytulla Mehsudun şəbəkəsinin istehkamıdır.


XS
SM
MD
LG