Accessibility links

ABŞ prezidenti Barak Obama və NATO Baş katibi Rasmussen arasında Ağ Evdə görüş olub


NATO-nun yeni baş katibi Anders Foq Rasmussen alyansın Əfqanıstanda inkişafın əldə edilməsinə sadiq qaldığını və qüvvələrin işi başa çatdırana qədər ölkədə qalacağını deyib.

Prezident Obama ilə Ağ Evdə görüşdən sonra açıqlamalar verən Anders Foq Rasmussen bildirib ki, o, cənab Obamanın Əfqanıstan müharibəsinə dair strategiyanı yenidən nəzərdən keçirməsi ilə razıdır.

NATO-nun Baş katibi deyib ki, alyans üzrə müttəfiqlər indi general stenli Makkristalın müharibənin gedişinə verdiyi qiyməti təhlil edir. Cənab Obama bildirib ki, Birləşmiş Ştatlar və NATO Əl-Qaidə şəbəkəsinin məhv edilməsi və ölkənin təhlükəsizliyinin təmin edilməsi üçün Əfqanıstan hökumətilə effektiv işin əhəmiyyəti haqda razılığa gəliblər.

Prezident Obama və NATO-nun Baş katibi Rasmussen ABŞ-ın Avropa raketlərdən müdafiə planını da müzakirə ediblər. NATO rəhbəri yeni planı lqışlayıb və deyib ki, bunun alyans daxilində birliyi artıracağını gözləyir.

XS
SM
MD
LG