Accessibility links

Maykl Cekson haqda sənədli filmə bütün biletlər iki saat ərzində satılıb


Los Ancelesdə Maykl Cekson haqda nümayiş etdiriləcək sənədli filmə bütün biletlər iki saat ərzində satılıb.

Pop kralın minlərlə pərəstişkarı müğənni haqda “Michael Jackson:This İs İt” adlı sənədli filmə satılacaq 3 min bileti almaq üçün üç gün əvvəldən növbəyə düzülmüşdü.

Sənədli film Amerikanın bütün kino-teatrlarında oktyabr ayının 28-də nümayiş etdiriləcək. Lakin Maykl Ceksonun fanatları filmə Los Ancelesdə Riqal Cinema Sdatiumda baxmaq istəyirlər.

Premyerası günü sənədli film kino-teatrın bütün 14 zalında nümayiş etdiriləcək.

Maykl Ceksonu uzun müddət tanıyan Kenni Orteqanın çəkdiyi “This İs İt” sənədli filmində Ceksonun ölümündən öncə Londonda konsertlərdən əvvəl məşq etdiyi yüzlərlə saat video materialdan istifadə edilib.

XS
SM
MD
LG