Accessibility links

Əfqanıstanın Qəndəhar vilayətində sərnişin avtobusu partladılıb


Əfqanıstanın Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, bu gün Qəndəhar vilayətində yol kənarına yerləşdirilmiş bombanın partlaması sərnişin avtobusundakı 30 nəfərin ölümünə, azı 39 nəfərin yaralanmasına səbəb olub. Rəsmilər ölənlər arasında bir neçə qadın və uşağın da olduğunu deyirlər. Hökumət rəsmiləri bu hücumda Əfqanıstan və xarici qüvvələrə qarşı intiharçı hücumları həyata keçirən və yollara bomba basdıran Taliban yaralılarını günahlandırır.

BMT-nin keçən həftə açıqladığı son hesabatında bu il Əfqanıstanda 1 500-dən çox mülki vətəndaşın əsasən yaraqlıların həyata keçirdikləri hücumlar nəticəsində qətlə yetirildikləri deyilir.

XS
SM
MD
LG