Accessibility links

Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirləri ilə təmaslar  barədə brifinq keçirilib


ABŞ Dövlət Katibinin Avropa və Avrasiya Məsələləri üzrə yardımçısı Filip Qordon dövlət katibi Hillari Klintonun Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər naziriləri ilə görüşü barədə brifinq keçirib. Brifinqdə Hillari Klintonun Elmar Məmmədyarovla görüşü haqda məlumat verən cənab Qordon söyləyib ki, xanım Klinton Dağlıq Qarabağ sülh danışıqlarının Amerika üçün əhəmiyyətini vurğulayıb. Cənab Qordonun sözlərinə görə görüşdə Amerikanın təcrübəli diplomatı səfir Robert Bradtkenin də iştirak etməsi Birləşmiş Ştatların bu prosesə nə dərəcədə önəm verməsini nümayiş etdirir.

Görüş əsnasında Hillari Klinton Azərbaycanda insan hüquqları və demokratiya məsələlərini, o cümlədən bu yaxınlarda döyüldükdən sonra həbs edilmiş bloggerlərin məsələsini qaldırmışdır. ABŞ dövlət katibi ölkəsinin bloggerlərin məhkəmə işinə maraq göstərdiyini, açıq və ədalətli prosesdə maraqlı olduğunu dilə gətirib.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdən sonra junalistlərlə söhbət edən Hillari Klinton Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması yönümündə göstərilən səyləri alqışlayılb. O, danışıqların əvvəlcədən şərt irəli sürülmədən və müəyyən vaxt çərçivəsində aparılmasının vacibliyini önə çəkib. Xanm Klinton Ermənistanın dövlət rəsmiləri ilə yaxından işləyəcəyini vurğulayaraq, ABŞ-ın Ermənistanın demokratik inkişafına və iqtisadi rifahına yardımçı olacağını qeyd edib.

Hillari Klintonun Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşündə daha çox diqqət ABŞ-Türkiyə münasibətlərinə ayrılıb. Nazirlər Türkiyə-Ermənistan təmaslarına toxunmuş və dövlət katibi münasibətlərin normallaşmasına dəstək izhar etmişdir. Klinton və Davudoğlu eləcə də Kipr, enerji təhlükəsizliyi, Əfqanıstan-Pakistan, Yaxın Şərq sülh prosesi və başqa məsələlər üzərində fikir mübadiləsi aparıblar.

XS
SM
MD
LG