Accessibility links

İranda bir neçə azərbaycanlı siyasi fəal həbs olunub


İsafnəli Hidayət

İranda məktəblərin açılmasından 6 gün keçdiyi bir zamanda ana dilində təhsili müdafiyə edən bir neçə tələbə həbs olunub. Həsən Ərk, İbrahim Dəşti, Ümid Şükrü və daha bir fəalın tutulması barədə artıq məlumatlar yayılıb. İran Azərbaycanlı Siyasi Məhbusları Müdafiyə Cəmiyyətinin sözçüsü Yaşar Həkkakpur bu xəbərləri təstiq edərək deyib ki, tutulanların bəzilərinin ailələrini hədələyib və onlara tapşırıblar ki, heç bir yerə xəbər verməsinlər.

Həkkakpur deyir ki, bir həftə əvvəl Təbrizinİttilaat idarəsinin məmurları Həsən Ərk və İbrahim Dəştinin evinə basqın ediblər. Məmurlar evlərdə axdarış aparıb, onların yazılarını, kitablarını, kompüterlərini və digər şəxsi əşyalarını götürüblər. Həsən Ərk və İbrahim Dəştini isə nəzarət altına alıblar. Həmin şəxslərin haraya aparıldığı isə hələ də məlum deyil.

Məmurlar Həsən Ərkin evinə daxil olanda ona bir qərar göstərsələr də qərarın hansı məhkəmənin hakimi tərəfindən və hansı ittihamlar əsasında verildiyi məlum deyil. Həsən Ərk, təbrizli bir siyasi fəal və yazıçıdır. Ərk "Azqala” adlı bir xəbər saytının məsuludur. Uzun zamandan bəri həmin sayta girmək mümkün olmurdu. O tutulmamışdan qabaq Amerikanın səsinin saytla bağlı sualına cavabında bildirib ki,İranın indiki şəraitində saytı saxlamağa imkan yoxdur və ona görədə o saytı dayandırıb.


Həsən Ərk əvvəlcə də bir neçə dəfə həbs olunmuşdu. Ərkin tutulduğu gün İttilaat məmurları İbrahım Dəştinin də evinə gedib və onu da nəzarət altına alıblar. İrandan gələn xəbərlərə görə onun tutulmasını, dostları, qonşuları və yaxın əqrəbaları təstiq edirlər amma onun anası bu xəbəri inkar edir. Ərkin yaxınları bunu məmurların təzyiqləri ilə əlaqələndirirlər. İbrahimin yaxınlarından biri deyir ki, onu keçən həftə İttilaat idarəsinə çagırmışdılar və getmədiyinə görə İttilaatın məmurları onu nəzarət altına alıb. İbrahim son vaxtlar Günaz TV-yə müsahibələr vermişdi . İbrahim 3 il öncə tutulmuş, bir il həbsə məhkum olmuşdu. Ümid Şükri də, tutulanlardan biridir. O tələbələr üçün, Türk dilində "Sayan” adlı bir dərgi çap edirdi ki, bu dərgi bir neçə mükafat alıb. Ümid Türkiyədə İzmir Universitetində oxuyurdu.

Cari ayda ana atasını görmək məqsədi ilə İrana qayıdanda sərhəddə onun pasportu əlindən alınıb və o Ərdəbildə həbs edilib. İranda bu il də məktəblərdə Fars dilindən başqa dillərdə təhsilə imkan verilmədiyinə görə bəzi siyasi və mədəni qruplar tələbələri etiraz nümayişlərinə çağırmışdılar.İran azərbaycanlılarının xaricdəki təşkilatları fəalların belə nümayişlərin qarşısını almaq üçün həbs olunduqlarını irəli sürürlər.

İrandan aldığımız məlumatlara görə Tehranın İslamşəhrində, Mərağada, Miyanada və bəzi digər şəhərlərdə divarlara yazılan yazılarda dövlətin dildə ayrı seçkilik siyasətinə etirazlar bildirilib.

Bu həftənin əvvəlində Tehran Universitətinin tələbələri də perezident Mahmud Əhmədinejadın əleyhinə nümayişlər keçiriblər.

XS
SM
MD
LG