İranın nüvə
proqramı ilə bağlı İslam Respublikası ilə altı dünya qüdrəti arasında İsveçrədə
danışıqlar keçirib. ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya
diplomatları İranla nüvə proqramının
dayandırılması barədə ciddi dialoq olacağına ümid bəslədiklərini bildirmişdilər.
BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almainyanın Cenenvrə görüşü
keçirilərkən, ABŞ və İran diplomatları nadir müzakirələr keçirib. Danıqışqlarda
ABŞ dövlət katibinin müavini Uilyams Bürns və İranın nüvə müzakirəçisi Səid Cəlili
iştirak edib.
Qərb dövlətləri İranın atom bombası istehsal etməyə can
atmasından narahatdır. İran isə uran zənginləşdirilməsinin
dinc məqsədlərə xidmət etdiyini deyir.