Accessibility links

2016-cı il Olimpiya oyunlarına Rio de Janeyro ev sahibliyi edəcək



Beynəlxalq Olimpiya Komitəsi 2016-cı ilə Olimpiya oyunlarına ev sahibliyi edəcək şəhərlərlə bağlı səsvermənin birinci raundunda Çikaqo və Tokionu namizədlikdən xaric edib. Rəqabət meydanında qalan iki şəhər Madrid və Rio de Janeyro arasından Rio de Janeyro seçilib.

ABŞ prezidenti Barak Obama Beynəlxalq Olimpiya Komitəsinə Çikaqonun 2016-cı ilə Olimpiya oyunlarına ev sahibliyi etməyə hazır olduğunu bildirmişdi. İspaniya kralı və Braziliya prezidenti, habelə Yaponiyanın baş naziri bu gün keçirilən səsvermədə iştirak edib. Olimpiya oyunlarına ev sahibliyi edən qalib şəhər Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Rogg tərəfindən elan edilib.

XS
SM
MD
LG