ABŞ prezidenti Barak Obama deyib ki, səhiyyə islahatları kiçik biznes şirkətlərinə maliyyə baxımından kömək edəcək və yeni iş yerlərinin açılmasına yardım göstərəcək.
Cənab Obama bu gün həftəlik radio müraciətində bildirib ki, kiçik biznes şirkətləri səhiyyə sığortası üçün daha yüksək qiymətlərlə qarşılaşır, bu isə iqtisadi artımın yavaşımasına və iş yerlərinin ixtisar edilməsinə gətirib çıxarır.
ABŞ prezidenti deyib ki, səhiyyə xidmətləri sistemi, onun ifadəsilə, sahibkarların Amerika arzusunu yenidən gerçəkləşdirə bilməsi üçün iqtisadiyyatın bərpasında mühüm bir addımdır. Prezidentin bildirdiyinə görə, islahatlar kiçik biznes şirkətlərinə işçilər üçün daha əlverişli qiymətlərlə daha yaxşı səhiyyə sığortası almaq imkanı verəcək.
Bu həftə Respublikaçılar partiyasının müraciətində Konrqesin qadın nümayəndəsi Kandis Miller cənab Obamanın səhiyyə islahatlarının iş yerlərinin itirilməməsinə kömək edəcəyi haqda irəli sürdüyü fikirlər ətrafında mübahisə apardı. O, iqtisadiyyatı yoluna qoymaq üçün əksinə daha artıq vergi ixtisarlarına çağırdı. Miller habelə Konqresdə müzakirə olunan enerji haqda qanun layihəsini tənqid edəcək bunun elektrik və yanacağın qiymətinin artrması ilə nəticələnə biləcəyini bildirdi.