Dünyanın sənayesi inkişaf etmiş yeddi ölkəsinin maliyyə naziri iqtisadiyyat tam bərpa olana qədər hökumətin stimullaşdırma proqramlarını davam etdirməyə söz veriblər.
Bu gün İstanbulda görüşən maliyyə nazirləri bildiriblər ki, bərpa prosesi hələ də kövrəkdir və xəbərdarlıq ediblər ki, işsizlik narahatlıqlara əsas səbəb olaraq qalır.
Müzakirələrin diqqət mərkəzində ABŞ dollarının zəifləməsi də olub. Görüşdən əvvəl bəzi rəsmilər xəbərdarlıq edib ki, zəif dollar qlobal iqtisadiyyatın bərpası prosesinə mane ola bilər.
Görüşün yekun sənədində Böyük Yeddilər bildirir ki, valyuta dəyərinin nizamsız dəyişmələri iqtisadi və maliyyə sabitliyinə böyük zərbə endirir.
ABŞ dolları artıq uzun zamandır dünyanın aparıcı valyutası olaraq qalır. Neft kimi məhsulların qiyməti və əsas maliyyə transaksiyları dollarla aparılır.
Lakin ABŞ-ın artmaqda olan borcu dolların digər valyuta məzənnələrilə müqayisədə dəyərdən düşməsinə gətirib çıxarmışdır. Bunun nəticəsi olaraq bir sıra ölkələr dəyişikliyə çağırır.
ABŞ,
Britaniya, Kanada, Fransa, Almaniya və Yaponiyanın daxil olduğu Böyük yeddilərin bəzi üzlvəri bildirir ki,
zəif dollar ixracatın bahalaşmasına gətirib çıxararaq, iqtisadiyyatın bərpasına
mane olacaq.