Accessibility links

Əfqan təhlükəsizlik qüvvələrinin zabiti ABŞ əsgərlərinə atəş açıb


Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, əfqan təhlükəsizlik qüvvələrinin zabiti birgə əməliyyat zamanı ABŞ əsgərlərinə atəş açaraq, iki əsgəri öldürüb, ikisini yaralayıb.

Vardak vilayətinin qubernatorunun sözçüsü atışmanın dünən ABŞ və Əfqanıstan hərbi qüvvələrinin birgə keşik çəkdiyi vaxt baş verdiyini bildirib. İnsidentin səbəbləri aydın deyil.

NATO-nun Əfqanıstanda başçılıq etdiyi hərbi qüvvələrin bəyanatında iki Amerika əsgərinin düşmən hücumu nəticəsində aldıqları yaralardan öldüyü deyilir, lakin detallar verilmir.

NATO Əfqanıstanın şərq bölgəsində hücumlar zamanı iki Amerika əsgərinin öldüyünü bildirib. Daha bir əsgərin Əfqanıstanın şərqində partlayış nəticəsində ağır yaralandıqdan sonra həlak olduğu deyilir.

Birləşmiş Ştatlar və NATO-nun hərbi qüvvələri son zamanlar yaraqlıların ciddi hücumlarına məruz qalıb.

2009-cu il səkkiz il əvvəl münaqişə başlayandan xarici hərbi qüvvələrin ən böyük tələfat verdiyi ildir.

XS
SM
MD
LG