Birləşmiş Ştatların kəşfiyyat agentlikləri Pakistanda taliban yaraqlılarının lideri Həkimullah Məhsudun bir neçə həftə öncə rəqib fraksiyalar arasında gedən döyüşlərdə öldürüldüyünə inandığını bildirir.
Birləşmiş Ştatların rəsmiləri taliban lideri Həkimullah Məhsudun öldürüldüyünü tam qətiyyətlə təsdiq etməmişdən öncə informasiyanın nəzərdən keçirir. Hələlik Məsudun öldüyünü təsdiq etmək üçün bir dəlil yoxdur. Lakin ABŞ-ın son şərhləri Pakistan rəsmilərinin bir neçə həftə əvvəl Məsudun talibanın Pakistandakı lideri Beytullah Məhsudun ölümündən sonra qrup daxilində münaqişə zamanı öldüyü haqda dedikləri ilə üst-üstə düşür.
Rəsmilər inanır ki, bu ilin əvvəli avqust ayında Beytullah Məhsud Cənubi Vəziristanda qaynatasının evində olarkən Amerikanın raket hücumu nəticəsində ölüb. Beytullah Məhsud Həkimullah Məhsudun qohumu deyil. Bu həftənin əvvəlli BBC-nin urdu redaksiyası Məhsudun cəsədini göstərən videonu nümayiş etdirmişdi.
Bu arada, Pakistanın kəşfiyyat xidmətinin rəsmiləri bildiriblər ki, onlar Birləmiş Ştatların Cənubi Vəziristanda həyat keçirdiyi raket hücumu nəticəsində Əl-Qaida ilə əlaqəsi olan özbək yaraqlıların lideri Tahir Yuldaşevin öldürüldüyünə inanır. Taliban yaraqlıları dərhal bu xəbəri təkzib ediblər.
Pakistan ordusunun Cənubi Vəziristanda bütün giriş və çıxış yollarını blokadaya aldığı bildirilir. Rəsmilər Məhsudun yaraqlılarının orada bazaları olduğuna inanırlar.