Beynəlxalq
Atom Enerjisi Agentliyinin rəhbəri İranın mövcudluğunu yenicə aşkar etdiyi nüvə
obyektinin təftişinə oktyabr ayının 25-də başlanacağını bildirib. Məhəmməd Əl-Bəradeyi
bu haqda açıqlamanı bu gün İran liderləri ilə Tehran görüşündən sonra verib.
BMT-nin
nüvə agentliyinin rəhbəri İranı şəffaflıq nümayiş etdirməyə və beynəlxalq
ictimaiyyətlə əməkdaşlığa çağırıb. Məhəmməd Əl-Bəradeyi İrana dünyanın qüdrətli
ölkələrinin Qum şəhəri yaxınlığındakı nüvə onyektinin təftişinə yol verilməsi çağırışlarından sonra səfər edib. İran isə
Əl-Bəradeyinin Tehran səfərinin cümə axşamı günü keçirilən Cenevrə danışıqları
ilə heç bir əlaqəsi olmadığını bildirir.
Bugünkü görüş zamanı ABŞ, Rusiya və Fransanın
İranın zənginləşdirilməsi üçün uranı xaricə göndərməsi ilə bağlı təklifə dair danışıqların
planı da hazırlanıb. Görüş oktyabr ayının 19-da Vyanada təşkil ediləcək.