Accessibility links

Yunanıstanda ümummilli seçkilər keçirilir


Bu gün Yunanıstanda ümummilli seçkilər keçirilir. Hazırkı iqtisadi vəziyyətlə bağlı keçirilən seçkilərdə mühafizəkar baş nazir Kostas Karamanlis müxalif sosialist lider Corc Papandreu ilə yarışır. Seçkilərdən əvvəl keçirilən sorğuların nəticələrinə görə, sosialistlər 300 yerli parlamentdə əksəriyyət əldə edə bilər.

Cümə günü Afinada kampaniyasının son gününü keçirən Karamanlis 2011-ci ilədək ölkəni iqtisadi böhrandan çıxaracağına vəd verib. Baş nazirin çıxışı zamanı yaxınlıqda bomba partladılmış, lakin partlayış cüzi ziyana səbəb olmuşdu. Partlayışın məsuliyyətiniifrat solçu qrup üzərinə götürmüşdü.

XS
SM
MD
LG