Accessibility links

Budapeşdə regional konfrans təşkil edilib


BMT təbii fəlakətlərə cavab verilməsində xilasetmə dəstələri və geyri-hökumət təşkilatları arasında daha yaxşı koordinasiyaya çağırır. Bu cağırış Macarıstanın paytaxtı Budapeştdə təşkil edilən regional konfrans zamanı səslənib.

Tədbir BMT-nin Beynəlxalq Araşdırma və Xilasetmə Şəbəkəsinin 80 üzvü və fəlakətlərlə mübarizə təşkilatlarının iştirakı ilə keçirilib. BMT-nin təxminlərinə görə, ötən il 300 təbii fəlakət səbəbi ilə 236000 insan həyatını itirib, 200 milyona yaxın adam bu fəlakətlərin birbaşa təsiri ilə üzləşib. Təbbi fəlakətlərin vurduğu ziyan isə 180 milyard dollarla ölçülür. Budapeşt görüşünün iştirakçıları hökumətlərin rolunun genişləndirilməsinin vacibliyi vurğulayıb.

BMT-nin Beynəlxalq Araşdırma və Xilasetmə şəbəkəsinin 80 üzvü və fəlakətlərlə mübarizə təşkilatlarının nümayəndələri təbii fəlakətlərə qlobal istiləşmənin təsir etdiyində razılaşıblar. Nümayəndə heyətləri BMT, təbbi fəlakətlərə məruz qalan ölkələrin hökumətləri və GHT-lər arasında koordinasiya və əməkdaşlığın inkişafı üçün təcili addımlar atılmasına çağırıblar.

XS
SM
MD
LG