Accessibility links

İndoneziyada zəlzələdən sonra bərpa işlərinə başlanıb


Təcili yardım təşkilatları zəlzələ nəticəsində 1000 nəfərdən çox insanın həlak olduğu, 180 000 evin dağıldığı İndoneziyanın Sumatra adasında təbii fəlakətin vurduğu ziyanı aradan qaldırmağa çalışırlar. Sumatra adasının Padanq şəhərində ekskavatorlar zəlzələ nəticəsində küçələrdə əmələ gəlmiş dağıntıları təmizləyir, xilasetmə dəstələrisağ qalmalarına ümidlər az olsa da, hələ də dağıntılar altında qalmış insanların axtarışını davam etdirirlər. Xəstəxanaların zəlzələ qurbanları ilə dolu olduğu, lakin bir çox xəstəxana dağıldığına görə xəsarət alanların çadırlarda yerləşdirildiyi deyilir. Sərhədsiz Həkimlər Təşkilatından, könüllü həkim Piter Şukman xəstəxanalara ehtiyac olduğunu bildirib. Birləşmiş Ştatlar hərbi qüvvələri Padanqda bir neçə həftəərzində müvəqqəti hospital tikməyi planlaşdırır. Zəlzələdən sağ çıxanlar isə artıq yenidənqurma işlərinə cəlb olunub. İnşaat şirkətinə rəhbərlik edən Kasriel Ruslin də öz ofisində təmizlik işlərinə başlayıb. O, əvvəlcə təmizlik işini başlamalı, bundan sonra isə biznesin davam etdirilməsiüçün müvəqqəti ofis tikməli olacağını deyib. Hal-hazırda bu bölgədəbərpa işləri üçüninşaatçılaraböyük ehtiyac var.Ruslinin biznesinin gəlir götürməyə başlamasına isə azı beş il vaxt lazım gələcək.

Lakin burada söhbət binaların nə dərəcədə möhkəm tikilməsindən deyil, təbiətin nə dərəcədə güclü olmasından gedir.


XS
SM
MD
LG