Accessibility links

Harayın qonağı Timoti Baldinq: İranda mətbuatın durumu  həddən artıq gərgindir


Harayın qonağı Dünya Qəzetlər Assosasiyasının rəhbəri Timoti Baldinqdir.
Dünya Qəzetlər Assosasiyası özündə 18 000 müxtəlif dərclər, 15 000 internet saytları və 120-dən artıq ölkələrdə fəaliyyət göstərən 3000-dən çox şirkəti birləşdirir. Təşkilat BMT, YUNESKO və Avropa Şurası təşkilatlarında formal nümayəndəlik statusuna malikdir.

Cənab Baldinq bildirib ki, İranda media sahəsində vəziyyət həddən artıq gərgindir. Xüsusilə son seçkilərdən sonra yüzlərlə insan həbs edilib və vəziyyət həddən artıq gərgin olaraq qalır.
Onun sözlərinə görə, bu ölkədə etnik xalqların dilində medianın qadağan edilməsi beynəlxalq öhdəliklərə bütövlükdə ziddir.
Assosasiya rəhbəri təşkilatın üzvlərinin vaxtaşırı İrana səfər etdiyini deyib. “İndi də İrana bir nümayəndə heyəti göndərmək ərəfəsindədir. Amma məlumatları internet, yazışmalar və xaricdə mühacirətdə olan qəzetçilər vasitəsi ilə əldə edirik”.
Cənab Baldinqin dediyinə görə, İranda son zamanlar qırxadək qəzet bağlanıb və onlarla jurnalist həbsdədir. “Sadəcə dəqiq neçə jurnalistin həbsdə olduğunu və ya həbsdə vəfat etdiyini deyə bilməyəcəm. Biz İran hökumətinə etiraz bəyanatlarımızı çatdırırıq. Ancaq ona cavab verilmir və əhəmiyyəti də olmur. Təşkilatımız İranda media azadlığının olmaması, jurnalistlərin hüquqlarının pozulması ilə bağlı beynəlxalq təşkilatlara müraciətlər də ünvanlayır”.

XS
SM
MD
LG