Accessibility links

İraq rəsmiləri İranın dissident qrupunun 36 üzvünü azadlığa buraxıb


İraq rəsmiləri İranın müxalifət qrupunun 36 üzvünü azad edərək, onları Bağdaddan şimalda yerləşən düşərgəyə göndəriblər.

Xalqın mücahidləri təşkilatının 36 üzvü iyul ayında polis onların Əşrəf düşərgəsində reyd keçirən zaman həbs edilmişdilər. Qrup bildirir ki, təşkilatın azad edilən üzvləri həbslərinə etiraz edərək aclıq aksiyası keçirdiklərinə görə zəifdirlər.

İraq rəsmiləri Əşrəf düşərgəsini bağlamaq niyyətində olduqlarını bildiriblər. Burada İranın dissident qrupunun 3600 üzvü yaşayır. Onlar islam inqilabının liderləriləri ilə münasibətlər pozulduqdan sonra İrandan qaçmışdılar.

İran və Birləmiş Ştatlar qrupu terrorçu təşkilat kimi tanıyır.

XS
SM
MD
LG