Accessibility links

Fransa lideri Barak Obamanın Nobel sülh mükafatı almasını ABŞ-ın dünyada mövqeyini əks etdirdiyini deyib


Bir sıra Avropa liderləri Nobel komitəsinin prezident Obamaya sülh mükafatı vermək qərarından razılıqlarını bildirirək, deyiblər ki, bu, dünya üzrə nüvə tərksilahı və regional mübahisələrin həlli işində insanları ruhlandıracaq.

Fransa prezidenti Nikola Sarkozi deyib ki, Nobel mükafatı cənab Obamanın dözümlülülk və ölkələr, mədəniyyəytlər və sivilizasiyalar arasında dialoqa sadiqliyinə verilən qiymətdir. Fransa liderinin sözlərinə görə, cənab Obama Amerikanın dünya ölkələrində insanların ürəyinə yenidən hakim olduğunu təsdiq edir.

Almaniya lideri Angela Merker deyib ki, sülh mükafatı prezident və digər liderləri sülh və nüvə tərksilahı sahəsində daha çox iş görməyə təşviq edir.

Keçən il Nobel slüh mükafatının laureatı olmuş Finlandiyanın keçmiş prezidenti Martti Ahtisaari deyib ki, onun fikrincə, Nobel komitəsi cənab Obamanın diqqəti İsrail-Fələstin probleminin həllinə yönəltməsinə çalışır.

XS
SM
MD
LG