Accessibility links

Əfqanıstan qüvvələrinin əməliyyatları zamanı bir neçə yaraqlı öldürülüb, silah anbarı aşkar edilib


Əfqanıstanın şərqində və cənubunda ayrı-ayrı üç əməlliyyat zamanı əfqan və beynəlxalq təhlükəsizlik qüvvələri yaraqlıları qətlə yetirilib, bir neçə yaraqlını saxlayıb.

Təhlükəsizlik qüvvələrinin açıqladığı məlumatda yaraqlılarla döyüşün Kunar vilayətində baş verdiyi deyilir.

Təhlükəsizlik qüvvələri ərazidə Əl-Qaidə komandiri tərəfindən istifadə edilən istehkamı axtarırdı.

Əməliyyat nəticəsində onlarla yaralıq öldürülmüş, ərazidə silah anbarı aşkar edilmişdir.

Paktiya vilayətində daha bir əməliyyat zamanı isə birgə qüvvələr regionda yaraqlılara maliyyə və silah yardımı etdiyi deyilən şəxsin tez-tez baş çəkdiyi istehkamda axtarış keçirib. Həmin yerdə bir neçə yaraqlı saxlanılıb, silahlar aşkar edilib.


XS
SM
MD
LG