Accessibility links

Avropa Şurası: Türkiyə-Ermənistan Sazişi Cənubi Qafqazda tarixi addımdır


Ermənistan və Türkiyə arasındakı razılaşmadan sonra Avropa Şurasının Baş Katibi Torbyörn Yaqland bəyanatla çıxış edib.
Baş katib Ermənistan və Türkiyə hökumətlərini diplomatik münasibətlərin bərpası və sərhədlərin açılması ilə bağlı təbrik edib. “Bu, həm iki ölkə arasında barışığa gətirib çıxaracaq, həm də ümumilikdə Cənubi Qafqaz regionunda sabitliyi möhkəmləndirəcək tarixi addımdır. İsveçrə hökumətinə, həmçinin Avropa İttifaqına, Rusiya, Fransa və Birləşmiş Ştatlara sonu bu hadisə ilə nəticələnən danışıqlardakı mühüm rollarına görə təşəkkürümü bildirirəm. Heç kəsin şübhəsi yoxdur ki, bu razılaşmaların tam şəkildə tətbiqi üçün zamana və tərəflərin davamlı öhdəliyinə ehtiyac var. Avropa Şurası özünün bu sahədəki ekspertizası və Ermənistan və Türkiyə hökumətləri ilə tam əməkdaşlığı çərçivəsində dəstək verməyə hazırdır”,-deyə o qeyd edib.

XS
SM
MD
LG